Dünya
12-04-2022, 14:10
1 370
Ukraynada rus musiqisi qadağan edilə bilər
Ukraynalı deputatlar rus musiqisinin müharibənin sonuna qədər qadağan edilməsini istəyirlər.
Fevralın 24-də Rusiya Ukrayna ərazisində genişmiqyaslı müharibəyə başlayıb. Artıq Avropa ölkələri Rusiyaya qarşı sanksiyalar paketi tətbiq edib. Ukrayna da oxşar sanksiyaları tətbiq etmək istəyir. Belə ki, deputatlar Ali Radada radio və televiziyada rus musiqisinin qadağan edilməsini təklif edən qanun layihəsini hazırlayıblar. Deputatlar ən azı, Ukraynada müharibə bitənə qədər işğalçı ölkənin musiqisini qadağan etmək istəyir.
“Ali Rada qanun layihəsini dəstəkləsə, radio və televiziyada, əyləncə məkanlarında, ictimai nəqliyyatda, təhsil müəssisələrində, otellərdə, restoranlarda və kinoteatrlarda rus musiqisi nümayiş etdirilməyəcək”.
Qanun layihəsində həmçinin radio və televiziyada Ukrayna musiqisinin həcminin 50%-ə çatdırılması təklif edilir.