Ərdoğan nazirləri topladı - Bakı-İrəvan sülh prosesi də müzakirə olunacaq
12-04-2022, 18:51
6 289

Ərdoğan nazirləri topladı - Bakı-İrəvan sülh prosesi də müzakirə olunacaq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin iclası başlayıb.
Türkiyə mediası xəbər verir ki, iclasda Rusiya-Ukrayna müharibəsi başda olmaqla Bakı və İrəvan arasında sülh prosesi, iqtisadiyyat və digər daxili məsələlərin müzakirə ediləcəyi gözlənilir.
Türkiyənin atəşkəs səyləri qiymətləndiriləcək
Rusiya və Ukrayna arasında müharibə son iclaslarda olduğu kimi Nazirlər Kabinetinin bugünkü iclasında da prioritet mövzularından biri olacaq. Görüşdə tərəflər arasında son vəziyyət müzakirə ediləcək. 
Türkiyənin iki ölkə liderlərini bir araya gətirmək və daimi atəşkəsə nail olmaq üçün diplomatik səyləri qiymətləndiriləcək.
Bakı-İrəvan sülh prosesi
Azərbaycan və Ermənistan arasında sülh prosesi, müdafiə sənayesi ilə bağlı gələcək dövrdə NATO üzvü olan ölkələrlə atılacaq ortaq addımlar, Suriya və Şərqi Aralıq dənizindəki proseslər dəyərləndiriləcək.
Həddindən artıq qiymət artımlarına qarşı görüləcək tədbirlər müzakirə olunacaq
İclasın daxili gündəmində ön plana çıxacaq mövzulardan biri də iqtisadiyyatda baş verən proseslər olacaq.
Qiymət artımlarının qarşısını almaq üçün atılacaq addımlar qiymətləndiriləcək.
Terrorla mübarizədə son vəziyyət və yayda həyata keçiriləcək əməliyyatlar kabinetin gündəmindəki digər mühüm mövzu olacaq.
Ərdoğan toplantıdan sonra “Xalqa müraciət' çıxışı ilə kabinetin gündəmini ictimaiyyətlə bölüşəcək.

Oxşar xəbərlər