Rusiyalı oliqarx sanksiyalardan sərvətini necə gizlədib?
13-04-2022, 23:12
8 632

Rusiyalı oliqarx sanksiyalardan sərvətini necə gizlədib?

Rusiya prezidenti Putinə yaxınlığı ilə tanınan oliqarxlardan olan Süleyman Kərimovun var-dövlətini necə gizlətdiyi üzə çıxıb.
Britaniya mediası "BBC" Süleyman Kərimovun sanksiyalardan necə yayındığını açıqlayıb. 
Mediaya sızan sənədlərdə Kərimovun isveçrəli tatu ustasına 300 milyon dollardan çox pul köçürən şirkətin sahibi kimi göstərildiyi ortaya çıxıb.
"BBC"nin apardığı araşdırmaya görə, sənədlərdə isveçrəli mühasib Alexander Studhalter Kərimova məxsus mülklərin sahibi kimi göstərilir.
Həmçinin məlumatda bildirilir ki, Kərimov İngiltərədə indiyə qədər satılan ən bahalı mülklər daxil olmaqla, Fransa Rivyerası və Londondakı mülklərin məxfi sahibidir.

Oxşar xəbərlər