İranda son sutkada koronavirusdan 33 nəfər ölüb
13-04-2022, 16:19
6 933

İranda son sutkada koronavirusdan 33 nəfər ölüb

İranda ötən sutka ərzində 33 nəfər koronavirusdan (COVID-19) ölüb.
Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
Bununla da ölkədə bu virusdan ölənlərin sayı 140 711 nəfərə yüksəlib.
İranda son 24 saat ərzində 2 356 nəfər koronavirusa yoluxub.
Beləliklə, ölkədə COVID-19-a yoluxanların sayı 7 199 861 nəfərə çatıb.

Oxşar xəbərlər