KTMT Qazaxıstanda hərbi təlimlər keçirəcək
15-04-2022, 10:37
1 242

KTMT Qazaxıstanda hərbi təlimlər keçirəcək

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələr 2022-ci ilin payızında Qazaxıstan ərazisində bir sıra hərbi təlimlər keçirəcək. 
"Sputnik" xəbər verir ki, bu barədə sözügedən ölkənin Müdafiə Nazirliyinin məlumatında qeyd olunur. 
"Tərəflər komanda-nəzarət orqanlarının, kollektiv təhlükəsizlik sisteminin qüvvə və vasitələrinin birgə təlimi planını təsdiqləyiblər", - nazirliyin bəyanatında deyilir.
Təlimlər "Matıbulak" poliqonunda keçiriləcək.

Oxşar xəbərlər