Bu ölkə Rusiyanın daha 6 diplomatını ölkədən çıxarır
15-04-2022, 19:34
25 235

Bu ölkə Rusiyanın daha 6 diplomatını ölkədən çıxarır

Şimali Makedoniya Rusiyanın daha 6 diplomatını "arzuolunmaz şəxs" elan edib.
Bu barədə Şimali Makedoniyanın Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Bildirilib ki, bu gün Rusiyanın ölkədəki səfiri Sergey Bazdnikin XİN-ə çağırılıb və ona səfirliyin 6 əməkdaşının "persona non grata" elan olunması ilə bağlı nota təqdim olunub.
Qeyd olunub ki, bu diplomatlar Diplomatik Münasibətlərlə bağlı Vyana Konvensiyasını pozub və onlar qarşıdakı 5 gün ərzində ölkə ərazisini tərk etməlidirlər.

Oxşar xəbərlər