Şimali Makedoniya altı rus diplomatını “arzuolunmaz şəxs” elan etdi
16-04-2022, 02:09
24 814

Şimali Makedoniya altı rus diplomatını “arzuolunmaz şəxs” elan etdi

Şimali Makedoniya hakimiyyəti altı rus diplomatını "persona non-qrata" (arzuolunmaz şəxs) elan etmək qərarına gəlib.
“RİA Novosti” xəbər verir ki, bu barədə Şimali Makedoniya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
“Bu gün Rusiyanın Şimali Makedoniyadakı səfiri Sergey Bazdnikin Xarici İşlər Nazirliyinə çağırılıb və ona Rusiyanın Şimali Makedoniyadakı səfirliyinin altı diplomatını "persona non-qrata" elan edən şifahi nota təqdim edilib”, - deyə bəyanatda bildirilib.
Nazirlik diplomatların “Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasına zidd” fəaliyyətlə məşğul olduqlarını iddia edir. Onlar növbəti beş gün ərzində Balkan Respublikasının ərazisini tərk etməlidirlər.

Oxşar xəbərlər