İspaniyada "mülk ovu": Rus oliqarxların yeni əmlakı tapıldı
16-04-2022, 04:37
24 796

İspaniyada "mülk ovu": Rus oliqarxların yeni əmlakı tapıldı

İspaniyanın Notariat Baş Şurasının Rusiya fiziki və ya hüquqi şəxslərinin əmlakının axtarışı ilə bağlı apardığı araşdırma zamanı dörd yaxta, bir gəmi dayanacağı və 29 mülk aşkarlanıb.
“El Pais” xəbər verir ki, iri rus sahibkarları ilə əlaqəli əmlak ölkənin bütün Aralıq dənizi sahillərində tapılıb və 34 mülkdən 16-sı Kataloniyada yerləşir.
Əmlak obyektlərinin axtarışı 2004-cü ilin yanvar ayından ölkənin notariusları tərəfindən aparılan bütün əməliyyatların daxil edildiyi məlumat bazası olan Vahid Notariat İndeksi əsasında həyata keçirilib.
Tapılan aktivlərin ehtimal sahiblərindən biri "Rostec"-in baş direktoru Sergey Çemezovdur.
İspaniya hakimiyyəti Aİ-nin Ukraynadakı hərbi əməliyyatlarla əlaqədar Rusiyaya qarşı sanksiyalar tətbiq etməsindən sonra rusiyalı iş adamlarına məxsus aktivlərin müəyyən edilməsi və dondurulması üçün işə başlayıb.

Oxşar xəbərlər