Rusların əsir aldığı iki ingilis döyüşçü Mevedçukla dəyişidirilmələrini istədi
18-04-2022, 18:28
6 485

Rusların əsir aldığı iki ingilis döyüşçü Mevedçukla dəyişidirilmələrini istədi

Rusların Ukraynada hərbi əsir kimi saxladığı iki ingilis döyüşçü rus siyasətçi Medvedçukla dəyişdirilmələrini istəyib.

"Reuters” xəbər verir ki, bu barədə döyüşçülər Rosiya 24 kanalının reportajında danışıb.

Ukraynada Rusiya hərbçilərinə əsir düşən Şaun Pinner və Eydin Aslinin Rosiya 24 kanalında videogörüntüləri yayılıb.

Hərbçilər Britaniya baş naziri Boris Consona müraciət edərək ondan evə dönmələri üçün yardım etməsini, Ukraynada əsir saxlanan rus siyasətçi Viktor Medvedçukla dəyişdirilmələrini istəyiblər.

Videogörüntüdə onlara Viktor Medvedçukun həyat yoldaşının onu iki ingilis döyüşçüyə dəyişmək üçün müraciətini göstərirlər.

Yorğun və həyəcanlı görsənən Pinner videoda deyir: "Mən hökumətə məni evə qaytarması üçün xahiş edirəm. Mən həyat yoldaşımı yenidən görmək istəyirəm”.
"Məncə, Boris Oksananın (Medevçukun həyat yoldaşı) dediklərinə qulaq asılmalıdır”, - videodakı digər döyüşçü deyir.

"Əgər o dediyi kimi həqiqətən də Britaniya vətəndaşlarının qeydinə qalırsa, bizə kömək edəcək”, - Eydin Aslin bildirib.

Oxşar xəbərlər