Dünya
19-04-2022, 11:54
1 497
Rusiya Mariupolda insanların gizləndiyi zavodu BOMBALADI
Mariupolda işğalçılar "Azovstal" zavodunu bombalayır, Sol Sahil rayonunun yaşayış sahəsini artilleriya və tanklardan atəşə tutur.
Bu barədə Mariupol merinin müşaviri Petro Andryuşenko məlumat yayıb.
Andryuşenkonun sözlərinə görə, ruslar evlərindən əşyaları götürmək üçün mülki şəxslərin əraziyə girişinə icazə veriblər. Daha sonra isə onları atəşə tutublar.
Bununla yanaşı, bu gün səhər saatlarında qondarma DNR-nin xalq milislərinin nümayəndəsi Eduard Basurin Rusiyanın “Rossiya 24” təbliğat telekanalının efirində Azovstal-a hücumun başladığını elan edib.
Ukrayna Ali Radanın insan hüquqları üzrə komissarı Lyudmila Denisova mətbuata açıqlamasında "Azovstal” zavodunda minə yaxın yerli sakinin Rusiyanın atəşindən gizləndiyini bildirib. Lakin o, "Ruslar Mariupolda ən azı 1000 mülki şəxsin gizləndiyi "Azovstal" zavoduna basqın etməyi planlaşdırırlar", - deyə əlavə edib.
Mariupol patrul polisinin rəhbəri Mixaylo Verşin "Azovstal" zavodunun ərazisində çoxlu sayda mülki şəxs, o cümlədən qadınlar və uşaqların gizləndiyin təsdiqləyib.