"General Motors" Rusiyanı tərk edir
20-04-2022, 11:04
1 478

"General Motors" Rusiyanı tərk edir

Amerikanın avtomobil istehsalçısı "General Motors"   Rusiya bazarını tərk edir. 
Bu barədə Rusiyanın “Kommersant” qəzeti məlumat yayıb.
Qeyd olunur ki, dilerlər faktiki olaraq ABŞ sanksiyaları ilə qadağan edilən avtomobillərin və ehtiyat hissələrinin tədarükünün dayandırılması ilə bağlı bildirişlər alıblar. Bundan sonra şirkət  Rusiyadakı işçilərini ixtisar edib.   
Eyni zamanda, GM 2014-ci ildə Ukraynanın Krımının işğalçı tərəfindən ilhaqı ilə əlaqədar Rusiyada istehsalı dayandırıb, o vaxtdan konserni ABŞ-dan yalnız bahalı Chevrolet və Cadillac modellərini tədarük edib. Amma martın 11-də ABŞ-dan gələn dəbdəbəli avtomobillərin Rusiyaya ixracına qadağa qoyulub. 

Oxşar xəbərlər