Taksi sürücüsü 8 manatı verməyən qadının başını qapıya çırpdı - VİDEO
20-04-2022, 14:06
1 677

Taksi sürücüsü 8 manatı verməyən qadının başını qapıya çırpdı - VİDEO

İstanbulda taksi sürücüsünün turist qadını yaşatdığı vəhşilik kameralara düşüb.
Haberler.com xəbər verir ki, Mərakeş əsilli Fransa vətəndaşı 26 yaşlı turistlə sürücü arasında qiymət üstündə mübahisə düşüb. 70 lirəlik taksimetr haqqını ödəməyəcəyini bildirməsi sürücünü zorakı addımlar atmağa sövq edib. Onun qolundan tutub, başını qapıya çırpıb, daha sonra yerə yıxıb. Küçədən keçən şəxs qadının köməyinə qaçıb.
Qadının şikayəti üzərinə polis araşdırmalara başlayıb. Bir müddət sonra polis bölməsinə gələn Ercan Y. nəzarətə götürülüb. Polisə verdiyi ifadəsində Ercan Y.-nin qadının da ona hücum etdiyini və ondan şikayətçi olduğunu deyib.
 

Oxşar xəbərlər