"Putinə çıxış yolu verin ki, o, daha rüsvay olmasın" - Rusiyalı oliqarx
20-04-2022, 21:39
9 371

"Putinə çıxış yolu verin ki, o, daha rüsvay olmasın" - Rusiyalı oliqarx

Rusiyanın ən zəngin adlarından biri, Qərbin sanksiya siyahısında olan "Tinkoff Bank"ın qurucusu rus oliqarx Oleq Tinkov İnstaqram hesabından verdiyi açıqlamada Kremlin Ukraynaya müdaxilə qərarı ilə bağlı çox sərt açıqlamalar verib.
54 yaşlı Tinkov rus xalqının əksəriyyətinin Ukrayna müharibəsinə qarşı olduğunu deyib:
"Bu çılğın müharibədən bir nəfər də olsun faydalanan görmürəm! Günahsız insanlar və əsgərlər ölür. Əlbəttə ki, Z hərfləri çəkən axmaqlar var,həmin insanlar axmaqdır. Rusların 90 faizi müharibənin əleyhinədir”, - deyə o yazıb.
Rus oliqarx Kreml rəsmilərini də tənqid edib:
"Kreml rəsmiləri və onların uşaqları bu yay Aralıq dənizinə gedə bilməyəcəklərindən qorxurlar. İş adamları öz əmlaklarının qalanları xilas etməyə çalışırlar". 
Rusiyadakı “qohumbazlığı və yaltaqlığı” tənqid edən Tinkov “Ölkədə hər şey bərbad olduğu halda ordu necə yaxşı ola bilər. Səhər ayıq zehni ilə dura bilməyən generallar indi ordularının cəfəngiyat olduğunu gördülər” , - deyə ifadə  edib. 
Daha əvvəl Rusiyadan köçən Tinkov mesajının sonunda ingiliscə “Əziz Qərb, xahiş edirəm Putinə çıxış yolu verin ki, o, daha rüsvay olmasın və bu qırğına son qoysun. Xahiş edirəm daha rasional və humanist olun”, - qeyd edib.  

Oxşar xəbərlər