Moldovada fövqəladə vəziyyət rejimi uzadılır
21-04-2022, 06:46
8 369

Moldovada fövqəladə vəziyyət rejimi uzadılır

Moldova hökuməti Ukraynadakı vəziyyətlə əlaqədar fövqəladə vəziyyət rejiminin daha 60 gün uzadılması haqqında parlamentə müraciət təqdim edib.
“RİA Novosti” xəbər verir ki, bu barədə Moldovanın Baş naziri Natalya Qavrilisa bildirib.
Məlumata görə, Ukraynadakı vəziyyətlə əlaqədar təhlükəsizliyi üçün Moldovada fevralın 24-dən 60 gün müddətinə fövqəladə vəziyyət rejimi tətbiq edilib.

Oxşar xəbərlər