Tramp jurnalistə əsəbiləşərək studiyanı tərk etdi - VİDEO
21-04-2022, 18:50
7 345

Tramp jurnalistə əsəbiləşərək studiyanı tərk etdi - VİDEO

ABŞ-ın keçmiş prezidenti Donald Tramp uzun fasilədən sonra kameralar qarşısına keçib.
O, 15 illik dostu olan britaniyalı jurnalist Piers Morqanın “Senzurasız” yeni proqramının qonağı olub.
Belə ki, 75 dəqiqəlik proqramın 30 saniyəlik tanıtımında Trampın Morqana “Mən çox dürüstəm, sizdən də dürüstəm” deməsi gərginliyin artdığını göstərib. Bundan sonra Morqan prezident seçkilərini ədalətli adlandırıb və Trampı məğlubiyyəti etiraf etmədiyinə görə tənqid edib. Buna cavab olaraq Trampın “Yalnız axmaq belə düşünür” deməsindən sonra Morqan “Sən məni axmaq hesab edirsən?” deyə cavab verib. Trampın “hə” deməsi ilə əsəblər daha da gərginləşib. 
Bu dialoqdan qəzəblənən Tramp jurnalisti “sədaqətsizlik”də ittiham edib. Daha sonra studiyanı tərk edib.  



Oxşar xəbərlər