2 ölkə Rusiyanın Ukraynada törətdiyi cinayətləri soyqırımı kimi tanıdı
21-04-2022, 17:02
6 943

2 ölkə Rusiyanın Ukraynada törətdiyi cinayətləri soyqırımı kimi tanıdı

Latviya və Estoniya parlamentləri Rusiyanın Ukrayna xalqına qarşı soyqırımı törətməsini tanıyan bəyanatlar qəbul ediblər.
Bu barədə Latviya Seyminin və Estoniya Riyqikoqunun mətbuat xidmətləri məlumat yayıb.
Bəyanatda qeyd edilir ki, Rusiya hazırda Ukrayna xalqına qarşı soyqırım həyata keçirir.
"Seym Rusiyanın hərbi təcavüzünü və Belarus rejiminin dəstəyi və iştirakı ilə Ukraynaya genişmiqyaslı işğalını qətiyyətlə pisləyir. Bəyanatda vurğulanır ki, Rusiyanın Ukrayna ərazisinə əsassız müdaxiləsi suverenlik və ərazi bütövlüyünün kobud şəkildə pozulmasıdır", - mesajda deyilir.
Qeyd edək ki, bu, parlamentlər səviyyəsində belə bəyanatlar qəbul edən ilk ölkələrdir.

Oxşar xəbərlər