Gürcüstanda son sutkada daha 161 nəfər koronavirusa yoluxub
22-04-2022, 11:13
1 138

Gürcüstanda son sutkada daha 161 nəfər koronavirusa yoluxub

Gürcüstanda son sutkada daha 161 nəfərin koronavirusa yoluxduğu müəyyən edilib, 1 nəfər ölüb.
Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Məlumata əsasən, daha 301 nəfər müalicə olunaraq sağalıb.
Qonşu ölkədə pandemiya başlayandan bu günədək COVID-19 infeksiyası 1 654 076 nəfərdə aşkarlanıb. Onların 1 635 291-i sağalıb, 16 795-i isə vəfat edib.

Oxşar xəbərlər