Hərbi dairə rəhbəri Rusiyanın planını açıqladı
22-04-2022, 19:25
8 384

Hərbi dairə rəhbəri Rusiyanın planını açıqladı

"Bu həftə başlayan xüsusi əməliyyatın ikinci mərhələsində Rusiya ordusu Donbas və Ukraynanın cənubuna tam nəzarəti bərqərar etməyi, Krıma quru dəhlizi təmin etməyi planlaşdırır".
“İnterfaks" xəbər verir ki, bunu Mərkəzi Hərbi Dairə komandanı səlahiyyətlərini icra edən Rüstəm Minnekaev deyib. 
"“Xüsusi əməliyyat"ın ikinci mərhələsi başlayandan, - o, cəmi iki gün əvvəl başlayıb, - Rusiya ordusunun vəzifələrindən biri Donbas və Ukraynanın cənubuna tam nəzarəti qurmaqdır. Bu, Krıma quru dəhlizi təmin edəcək, həmçinin Ukrayna iqtisadiyyatının mühüm obyektlərinə təsir göstərəcək”, - deyə Minekeyev vurğulayıb.
Mərkəzi Hərbi Dairə komandanı bildirib ki, Rusiya ordusunun Ukraynanın cənubuna nəzarəti həm də Dnestryanı əraziyə çıxış imkanı yaradacaq: 
"Ukraynanın cənubuna nəzarət Dnestryanıya başqa çıxış yoludur, burada da rusdilli əhalinin sıxışdırılması faktları var".

Oxşar xəbərlər