Ankara-İrəvan münasibətlərinə dair müzakirə təxirə salındı
22-04-2022, 15:57
7 362

Ankara-İrəvan münasibətlərinə dair müzakirə təxirə salındı

Ermənistan Milli Məclisi Türkiyə-Ermənistan münasibətlərinə dair bəyanat layihəsinin müzakirəsini 2 ay təxirə salıb.
“Armenpress” xəbər verir ki, təklif müxalif “Ermənistan” fraksiyasının deputat Armen Rüstəmyandan gəlib.
O, parlamentin Xarici Əlaqələr Daimi Komitəsinin iclasında layihəyə düzəlişlər edilməsini zəruri sayıb. 
A. Rüstəmyanın sözlərinə görə, bəyanat layihəsi müxalifət fraksiyası tərəfindən müzakirə üçün Milli Məclisə təqdim edilib, lakin dinləmələr baş tutmayıb, çünki texniki problemlərə görə iclasın canlı yayımını təmin etmək mümkün olmayıb.

Oxşar xəbərlər