Məkkə-Mədinə yolunda ağır qəza - 8 ölü, 43 yaralı
23-04-2022, 18:06
18 143

Məkkə-Mədinə yolunda ağır qəza - 8 ölü, 43 yaralı

Səudiyyə Ərəbistanında Məkkə və Mədinə şəhərlərini birləşdirən magistral yolda qəza baş verib. 

Bu barədə yerli "Alriyadh” qəzeti məlumat yayıb.

Avtobusun iştirakı ilə baş verən ağır yol nəqliyyat hadisəsi zamanı 8 nəfər ölüb, 43 nəfər yaralanıb. Mənbənin məlumatına görə, yaralılardan 3-nün vəziyyəti ağır, 10 nəfərinki isə orta dərəcəlidir. 30 nəfərin isə vəziyyəti sabitdir. Sahə komandanlığının rəhbərliyi altında ümumilikdə 26 təcili tibbi yardım briqadası və altı briqada hadisə yerindədir.

Mədinə Qırmızı Aypara Təşkilatının rəhbəri Əhməd əz-Zəhraninin məlumatına görə, qəzaya səbəb kimi  avtobusun yolda aşdığı ehtimal olunur. Hadisə ilə bağlı digər təfərrüat açıqlanmayıb.

Oxşar xəbərlər