Rusiyada neft bazası yanır - VİDEO
25-04-2022, 10:16
1 914

Rusiyada neft bazası yanır - VİDEO

Rusiyanın Bryansk bölgəsində neft bazasının ərazisində yanğın baş verib.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin regional Baş İdarəsinin saytı xəbər verir.
"Yanğının həcminə uyğun olaraq çağırış yerinə yanğınsöndürmə və xilasetmə briqadaları göndərilib. Hadisə yerinə gələn zaman neft bazasının ərazisində yanğın olduğu müəyyən edilib", - məlumatda deyilir.
Hadisənin Fokinski rayonunun Moskovski prospektində baş verdiyi bildirilir.

Oxşar xəbərlər