Rusiyada mədən qəzası - Ölən və yaralanan var
25-04-2022, 11:01
1 910

Rusiyada mədən qəzası - Ölən və yaralanan var

Kemerovo vilayətindəki Yerunakovskaya-8 mədəninin drenaj sistemində qəza baş verib. 
TASS-ın məlumatına görə, qəza nəticəsində bir nəfər ölüb və bir nəfər yaralanıb. 
Hazırda şaxtaçılar təxliyə edilir. 
Təxliyyə zamanı 211 nəfər səthə çıxarılır. Bildirilib ki, qəza yerində olan iki mədənçi ilə əlaqə kəsilib. 
Bu, il ərzində qeydə alınan 3-cü mədən qəzasıdır. 

Oxşar xəbərlər