Ermənistan müxalifəti İcevandan İrəvana yürüş edəcək
25-04-2022, 15:08
7 831

Ermənistan müxalifəti İcevandan İrəvana yürüş edəcək

Müxalif “Patev unem” fraksiyasının lideri Artur Vanetsyan mübarizənin ikinci mərhələsinin başlandığını elan edib.
“Armenpress” xəbər verir ki, İrəvanın Azadlıq meydanında jurnalistlərə müsahibə verən Vanetsyan qeyd edib ki, maarifləndirmənin birinci mərhələsi başa çatıb:
“Demək olar ki, 100% nəticə var. Mən belə hesab edirəm, çünki insanlar siyasi baxışlarından, üstünlüklərindən asılı olmayaraq. aprelin 17-dən bu yana Azadlıq meydanına gəlirlər. Ona görə də buraya hakimiyyətin varlığına son qoymaq vaxtının yetişdiyini anlayan insanlar gəlir. Bunun üçün də biz qeyri-müəyyən aksiyaları davam etdirəcəyik, Azadlıq meydanında gecələyəcəyik, lakin bugünkü aksiya, yəni ikinci mərhələnin başlanğıcı daha aktiv olacaq",
A.Vanetsyanın sözlərinə görə, ona dəstək olmaq üçün “Daşnaksutyun” partiyası aprelin 25-dən aksiyalara başlayacaq. Onlar İcevandan (Karvansaray – red.) İrəvana yürüş edəcəklər:
"Biz hələ də mərkəzləşdirilməmiş durumdayıq. Lakin nə vaxtsa biz birləşməli, qüvvələrimizi birləşdirməli olacağıq, çünki artıq çox vaxt itirmişik”.

Oxşar xəbərlər