Rusiyanın daha bir Su-34 təyyarəsi VURULDU
25-04-2022, 15:29
7 735

Rusiyanın daha bir Su-34 təyyarəsi VURULDU

Xarkov vilayətində Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin hava hücumundan müdafiəsi düşmən təyyarəsini məhv edib.
Bu barədə Şərq Hava Qüvvələri Komandanlığı məlumat yayıb.
“Daha bir düşmən təyyarəsi Xarkov vilayətində məhv edilib. İlkin məlumatlara görə, Hərbi Hava Qüvvələrinin hava hücumundan müdafiəsi bütün hava şəraitinə uyğun iki yerlik Su-34 qırıcı-bombardmançı təyyarəsini zərərsizləşdirib”, - məlumatda deyilir.
Məlumata görə, təyyarə işğal altında olan Balakliya şəhəri yaxınlığında vurulub.

Oxşar xəbərlər