Dünya
25-04-2022, 15:48
7 787
Sülh müqaviləsinə doğru yol açılır - Paşinyan başa düşür ki, bunu etməsə...
"Ermənistan çox gözəl anlayır ki, onun geriya yolu yoxdur. Yəni faktiki olaraq Azərbaycan gündəliyi ilə hərəkət etmək İrəvan üçün yeganə çıxış yolu kimi qalır".
Bunu Milli.Az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib.
O bildirib ki, Ermənistan üçün Azərbaycanın təqdim etdiyi 5 maddəlik sülh paketi yeganə çıxış yoludur:
"Müxtəlif danışıqlarda, müxtəlif görüşlərdə haradasa Nikol Paşinyana bir ümid yeri verilir, sonra onlar özləri də boş oturmurlar. İstər-istəməz bütün qapıları döyürlər, bütün düyməcikləri basırlar ki, bəlkə yox yerdə bunlara bir işıq gəlsin, bir vəd verilsin.
Ancaq Zəngilandakı təxribatın əsas mənbəyi kimi mən daha çox 24 aprel hadisəsini görürəm ki, o qondarma, tarixdə olmayan "soyqrımı" ilə bağlı öz üzərindən oyunbazlıq edirlər, təxribatlar törədirlər, yəni "biz hələ ölməmişik" deyə mesajlar ötürürlər. Demək istəyirlər ki, "bizim vuran əlimiz var" və s. Amma əslində belə gedişlərin ilk növbədə ermənilərin özləri üçün elə bir önəmli əhəmiyyəti yoxdur. Çünki faktiki olaraq onlar Azərbaycana uduzmaqla həm də "tarixi savaşlarında" məğlub edildilər. Ona görə ki, 1990-cı illərin əvvəllərində Azərbaycan torpaqlarına qəfil hücum edib, dünya ermənilərinin, dünya mürtəce qüvvələrinin dəstəyi ilə işğal etdilər və özlərini qalib kimi qələmə verməyə başladılar.
Amma indi biz artıq 44 günlük müharibədən sonra onlara başa saldıq ki, sizin savaşınızın səbəbi ümumiyyətlə saxtadır. Yəni əgər siz iddia irəli sürürsünüzsə, bu iddialar göydən götürmə iddialardır, bunların heç bir tarixi əsası yoxdur. Odur ki, biz onların "tarixi yürüşlərində" onlara elə bir məğlubiyyət yaşatdıq ki, onlar artıq indi demək olar, ayaqlarının altından torpağın qaçmasını da hiss edirlər. Odur ki, Ermənistanın çıxış yolu yoxdur.
Bəli, 24 aprel hadisələri ilə bağlı ola bilsin ki, bunlara xaricdən də rəvac verirlər, təxribatlara ruhlandırırlar. Ancaq bu təxribatın axırında ermənilər nə qazandılar? Yəni strateji baxımdan uduzmuş tərəf belə gedişlə heç vaxt taktiki üstünlük də qazana bilməz. Paşinyan gözəl başa düşür ki, onun çıxış yolu yoxdur və sülh müqaviləsinə doğru yol açılmalıdır və açılır da, eyni zamanda bu proses getdikcə intensiv xarakter almalıdır. Çünki bunu həm Azərbaycan istəyir, həm qonşu dövlətlər istəyir, həm də Avropa İttifaqı istəyir. Onlar hamısı bu məsələdə Azərbaycanla həmrəydirlər, çünki Azərbaycan həm də qalib olaraq onlara yekəxana münasibət bəsləmir. Əksinə biz centlmenlik nümayiş etdiririk, biz sağlam mövqe nümayiş etdiririk və bu da digər tərəflərdə rəğbət hissi oyadır. Odur ki, Azərbaycanın qayəsi belədir ki, sülh-əminamanlıq bərpa olunsun, Ermənistanın təhdidlərinə son qoyulsun".