"Coca-Cola" Ukraynaya 15 milyon dollar yardım edəcək
26-04-2022, 14:47
1 594

"Coca-Cola" Ukraynaya 15 milyon dollar yardım edəcək

Dünyanın ən böyük sərinləşdirici içki istehsalçısı olan "Coca-Cola" Rusiyanın hərbi müdaxiləsinə məruz qalan Ukraynaya təxminən 15 milyon dollar yardım edəcək.
"Kyiv post" xəbər verir ki, bu barədə şirkətin 2022-ci ilin birinci rübü üçün hesabatında deyilir.
“Bu maliyyə vəsaiti Qırmızı Xaç Cəmiyyətinin və Ukraynada, eləcə də qonşu ölkələrdə fəaliyyət göstərən digər təşkilatların milyonlarla məcburi köçkünə yardım səylərini dəstəkləyəcək”, - deyə "Coca-Cola"nın hesabatında açıqlanır.

Oxşar xəbərlər