"Atam intihar etməyib, öldürülüb" - Rus oliqarxın oğlu danışdı
26-04-2022, 22:46
8 330

"Atam intihar etməyib, öldürülüb" - Rus oliqarxın oğlu danışdı

Rusiya prezidenti Putinə yaxınlığı ilə tanınan multimilyonçu Vladislav Avayevdən sonra rusiyalı oliqarx Sergey Protosenyanın İspaniyadakı evində həyat yoldaşı və qızı ilə ölümünün əks-sədaları davam edir.
Protoseniyanın oğlu hadisədən sonra ilk dəfə danışıb və ailəsinin öldürülmüş ola biləcəyini iddia edib.
Belə ki, rusiyalı milyarder Sergey Protosenya keçən həftə həyat yoldaşı və qızı ilə birlikdə İspaniyadakı evində ölü tapılıb. Rusiyalı oliqarxın cəsədinin yanında bıçaq və balta tapıldığı da bildirilib.  
Şəxsi sərvəti 433 milyon dolları keçən Protosenya "Qazprombank" ilə sıx əlaqələri olan təbii qaz şirkəti "Novatek"in keçmiş vitse-prezidenti olub.
Polis rəsmisi evdə heç bir intihar məktubu olmadığını və Protoseniyanın həyat yoldaşını və qızını öldürdükdən sonra özünü öldürməkdə şübhəli olduğunu bildirib.
Lakin rusiyalı oliqarxın oğlu atasının qətli törətdikdən sonra intihar etməsi ilə bağlı deyilənləri təkzib edib və Protoseniyanın qətlin qurbanı olduğunu iddia edib.
Fedor Protosenya atasının həyat yoldaşına və qızına "heç vaxt zərər verə bilməyəcəyini" iddia edərək, ailəsinin öldürülmüş ola biləcəyini vurğulayıb. Protosenyanın intihar qeydi buraxmadığı, istifadə edilən balta və bıçaqda heç bir barmaq izinə rast gəlinmədiyi açıqlanıb.
İspaniya polisi "polis araşdırmasının məxfiliyini" əsas gətirərək üç cəsədin yarılma nəticələrini açıqlamaqdan imtina edib. 22 yaşlı kollec tələbəsi Fedor Pasxa bayramını Fransanın Bordo şəhərindəki ailə evində keçirərkən atasının yanında olmadığını açıqlayıb:
“O, anamı və xüsusən də bacım Mariyanı sevirdi. Bacım onun şahzadəsi idi. Onlara zərər verəcək heç nə edə bilməzdi. O gecə nə baş verdiyini bilmirəm, amma bilirəm ki, atam onları incitməyib”
Fedor polisin ona məsələ ilə bağlı çox təfərrüat verməməsi üçün xəbərdarlıq etdiyini də vurğulayıb.

Oxşar xəbərlər