Rusiya üç İsveç diplomatı ölkədən çıxarır
26-04-2022, 15:48
7 317

Rusiya üç İsveç diplomatı ölkədən çıxarır

Rusiya İsveçin Moskvadakı səfirliyinin üç diplomatını arzuolunmaz şəxs elan edib.
Rusiya Xarici İşlər Nazirliyinin saytında qeyd olunan məlumata görə, onlar İsveç hakimiyyətinin qeyri-dost hərəkətlərinə cavab olaraq ölkədən çıxarılır. 
Bildirilib ki, aprelin 26-da İsveçin Rusiyadakı səfiri Malena Mard Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb və ona Rusiyanın Stokholmdakı səfirliyinin üç diplomatik əməkdaşına qarşı düşmənçilik hərəkətləri ilə bağlı kəskin etiraz bildirilib. Qeyd olunub ki, onlar əsassız olaraq ölkədən qovulub. 

Oxşar xəbərlər