Norveç Ukraynaya silah tədarükü üçün 44 milyon dollar ayıracaq
27-04-2022, 01:40
8 153

Norveç Ukraynaya silah tədarükü üçün 44 milyon dollar ayıracaq

Norveç Ukraynaya silah və hərbi texnika tədarükü üçün 44 milyon dollar ayıracaq. 
Bu barədə Norveçin baş naziri Yonas Qar Störe bildirib. 
Norveç parlamentində danışan baş nazir əlavə edib ki, döyüşən tərəfə silah bağışlamaq Norveç üçün "yeni təcrübə"dir.
Qeyd edək ki, Norveçin müdafiə naziri Byorn Arild Qram ötən həftə Norveçin Ukraynaya "Mistral" hava hücumundan müdafiə sistemi bağışladığını açıqlamışdı.

Oxşar xəbərlər