Dünya
26-04-2022, 17:13
7 163
BMT baş katibi Lavrovla görüşdü
“Biz Ukraynadakı vəziyyətin dünyanın digər hissələrinə təsirini minimuma endirmək üçün mümkün olan hər şeyi etməkdə maraqlıyıq”.
Bunu aprelin 26-da Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışıqları zamanı BMT baş katibi Antonio Quterreş bildirib:
Onun fikrincə, qiymət artımı dünyada vəziyyəti daha da gərginləşdirəcək:
“Bütün ölkələri ərzaq, enerji və maliyyə baxımından dəstəkləmək üçün mümkün olan hər şeyi etmək çox vacibdir. Hazırda hərbi əməliyyatları mümkün qədər tez dayandırmaq və insanların əzabını minimuma endirmək, eləcə də dünyanın digər yerlərindəki həssas qruplara vəziyyətin təsirini azaltmaq üçün mümkün olan hər şeyi etməkdə çox maraqlıyam. Bundan başqa, gündəmdə bir sıra başqa məsələlər də var ki, biz onları Rusiya ilə müzakirə etməkdə çox maraqlıyıq”.