"Qazprom" Polşa və Bolqarıstana nəqli dayandırdı
27-04-2022, 14:13
1 533

"Qazprom" Polşa və Bolqarıstana nəqli dayandırdı

“Qazprom” Bolqarıstanın “Bulgargaz” və Polşanın “PGNiG” şirkətlərinə qaz tədarükünü dayandırdığını elan edib
Bu barədə şirkətin saytnda məlumat dərc olunub. Buna səbəb hər iki şirkətin rublla ödənişdən imtinasıdır.
“Gasprom Export” şirkəti prezidentin fərmanına uyğun olaraq, aprelin 27-dən ödəniş anına qədər qaz nəqlinin dayandırılması barədə “Bulgargaz” və Polşanın “PGNiG” şirkətlərini xəbərdar edib”, - deyə məlumatda qeyd olunur.
Şirkət xatırladıb ki, aprelin 26-da yeni sistem üzrə ödəniş aparılmayıb. Bolqarıstan və Polşa isə tranzit ölkələrdir. “Qazprom” onu da vurğulayıb ki, üçüncü ölkələr üçün nəzərdə tutulan həcmdən xammalın icazəsiz çıxarılması halında, tranzit üçün tədarüklər həmin həcmdə azalacaq.
Xatırladaq ki, aprelin 1-dən Rusiya bu hesablamalarda dollar və avrodan imtina etmək üçün "dost olmayan ölkələr"dən qaz ödənişlərini yeni üsulla qəbul etməyə başlayıb. 

Oxşar xəbərlər