Rusiya “Kalibr”lə Zaporojyeyə zərbə endirib
27-04-2022, 14:22
1 733

Rusiya “Kalibr”lə Zaporojyeyə zərbə endirib

Rusiya Ukraynanın Zaporojye şəhərində ABŞ və Avropa ölkələrindən göndərilən silah və sursatların olduğu anqarları uzun mənzilli “Kalibr” raketləri ilə vurub.
“TRT Haber” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin Sözçüsü İqor Konaşenkov açıqlama verib.
“Raket və artilleriya bölmələri gecə ərzində 573 hədəfi atəşə tutub”, - deyə, o bildirib.
Konaşenkov qeyd edib ki, Ukraynaya məxsus 18 pilotsuz uçuş aparatı və “Toçka-U” taktiki raketi məhv edilib.

Oxşar xəbərlər