Avstraliya Ukraynaya ağır artilleriya göndərəcək
28-04-2022, 02:51
7 622

Avstraliya Ukraynaya ağır artilleriya göndərəcək

Avstraliya hakimiyyəti Ukraynaya hərbi yardımı 19 milyon dollardan çox artırmaq planını açıqlayıb.
Bununla bağlı ABC telekanalı məlumat yayıb.
Söhbət Kiyevə ağır artilleriya və sursatdan ibarət yeni yardım paketinin verilməsindən gedir.
Ukraynaya 30 kilometrə qədər məsafə qət edə bilən 6 ədəd M777 155 millimetrlik haubitsa, eləcə də onlar üçün sursat göndəriləcəyi gözlənilir.
Avstraliya hökumətinin Ukraynaya göndərdiyi vəsaitin ümumi həcmi 161,1 milyon ABŞ dollarına çatacaq. 

Oxşar xəbərlər