Dünya
27-04-2022, 18:21
6 724
Ermənistanda etirazçılarla polis arasında toqquşma olub, saxlanılanlar var - YENİLƏNİB
İrəvanın mərkəzində müxalif "Şərəf duyuram” fraksiyasının keçirdiyi aksiya zamanı toqquşma olub.
Azadlıq meydanında polislə etirazçıların toqquşması zamanı bir neçə nəfər saxlanılıb.
"Şərəf duyuram” fraksiyasının rəhbəri Artur Vanetsyan tərəfdarlarına meydandan çəkilmək göstərişi verdikdən sonra toqquşmalar dayanıb. O, 5 aksiya iştirakçısının saxlanıldığını söyləyib.
16:17
44 günlük müharibə zamanı ölən hərbçilərin valideynləri İrəvanda Ermənistan Baş Prokurorluğunun qarşısında aksiya keçirib.
Onlar Baş nazir Nikol Paşinyanın həbs olunmasını tələb ediblər.
Etirazçılar Baş Prokurorluq Paşinyanı təqsirləndirilən şəxs kimi istintaqa cəlb etməyənə qədər dağılışmayacaqlarını bəyan ediblər.
Xatırladaq ki, artıq bir neçə gündür Nikol Paşinyanın istefası tələbi ilə Ermənistanın bir neçə şəhərində aksiyalar keçirilir./apa