Ukrayna DİN bakılı müğənnini “qara siyahı”ya saldı – Cinayət məsuliyyətinə cəlb olunacaq
27-04-2022, 18:52
6 769

Ukrayna DİN bakılı müğənnini “qara siyahı”ya saldı – Cinayət məsuliyyətinə cəlb olunacaq

Ukrayna Daxili İşlər Nazirliyi Rusiyanın işğalçılıq siyasətini və müharibəni təbliğ edən bir qrup incəsənət nümayəndələrinin adlarını “qara siyahı”ya salıb. 
Gundem.az-ın məlumatına görə, onların cinayət məsuliyyıətinə cəlb olunacağı da planlaşdırılıb. Məlumata görə, aralarında bakılı Larisa Dolinanın da olduğu siyahıda Nikolay Baskov, Serqey Bezrukov, Yuliya Çiçerina,  Polina Qaqarina, Oleq Qazmanov, Tina Kandelaki, Serqey Lazarev, Qriqori Leps, Serqey Jukov və digərlərinin adları var. 
Xatırladaq ki, Larisa Dolina (Kudelman) 10 sentyabr 1955-ci ildə  Bakı şəhərində, yəhudi ailəsində doğulub. Uzun illərdir ki, Moskvada yaşayır.

Oxşar xəbərlər