Macarıstan Rusiya qazını rublla almağa qərar verdi
28-04-2022, 10:24
1 582

Macarıstan Rusiya qazını rublla almağa qərar verdi

Macarıstan Rusiya qazını rublla almağa qərar verib. 
Bu barədə Macarıstan Xarici İşlər naziri Peter Siyyarto bildirib.
"Budapeşt Rusiya Federasiyasının qazından 85%, neftindən isə 65% asılıdır, buna görə də yaxın beş ildə Rusiyadan idxaldan imtina etmək üçün alternativ variantları yoxdur", - XİN başçısı deyib. 
O, CNN telekanalına müsahibəsində qeyd edib ki, ölkə enerji resursları üçün Rusiya rublu ilə ödəniş edəcək və Moskvanın təklif etdiyi hesablaşma sxemindən istifadə edəcək: "Çünki bunu infrastruktur müəyyən edir. Bu əylənmək üçün deyil, bu vəziyyəti biz seçməmişik". 

Oxşar xəbərlər