"Cahillik həyatımızın bütün sahələrində özünü büruzə verir" - Paşinyan
28-04-2022, 12:34
2 502

"Cahillik həyatımızın bütün sahələrində özünü büruzə verir" - Paşinyan

Bu gün qarşılaşdığımız hər hansı problem, istər bu binada, istərsə də bu binanın kənarında, hər kənddə, bağlarda, təsərrüfatlarda, kiçik və orta müəssisələrdə, hər yerdə təhsillə bağlıdır.
Erməni KİV xəbər verir  ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün hökumətin iclasında deyib.
“Fikrimizcə, təhsil heç bir universitetlə bitməyən ömürlük bir prosesdir, lakin məktəb təhsilinin yaratdığı boşluqları gələcəkdə doldurmaq mümkün olmaya bilər. Bizim ciddi problemimiz var. Biz bundan danışmırıq, lakin 2019-cu ilin araşdırması göstərir ki, savadsızlıq cəmiyyətimizə yenidən sıçrayır. Cahillik həyatımızın bütün sahələrində özünü büruzə verir. Burada bir çox problemimiz var ki, onlardan biri də müəllim işinin rəqabətə davamlı olması idi. Qeydiyyata almışıq ki, bu gün aylıq 30 min dram maaş alan müəllimlər var. Onlar maksimum 150-170 min dram maaş alırlar. Bu məsələ həmişə gündəmimizdə olub”, - deyə baş nazir bildirib.

Oxşar xəbərlər