Rusiya "Twitter"i cərimələdi
28-04-2022, 14:23
36 084

Rusiya "Twitter"i cərimələdi

Rusiya məhkəməsi "Twitter" sosial media platformasını qadağan olunmuş məzmunu silmədiyinə görə 3 milyon rubl cərimələyib.
Təxminən 41 min dollar məbləğində cərimə "Twitter"in Rusiyada qadağan olunmuş məzmunu, o cümlədən molotov kokteyllərinin hazırlanmasına dair təlimatları olan yazıları silməməsi səbəbindən tətbiq edilib.
“İnterfaks” agentliyinin xəbərinə görə, Rusiya daha əvvəl də eyni səbəbə görə "Google"u eyni məbləğdə cərimələyib.

Oxşar xəbərlər