Türkiyənin hava məkanını bağlaması ilə bağlı Rusiyadan SON DƏQİQƏ AÇIQLAMASI
28-04-2022, 16:10
41 683

Türkiyənin hava məkanını bağlaması ilə bağlı Rusiyadan SON DƏQİQƏ AÇIQLAMASI

“Moskva Ankaranın Suriyaya uçuş üçün Türkiyə ərazisindən istifadə etməmək tələbini anlayışla qarşılayıb”.
Publika.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
“Əslində bir aydan çoxdur ki, Ankara bu marşrutdan istifadə etməmək xahişi ilə Rusiya tərəfinə üz tutub. Bu müraciətlərin səbəbləri bizə aydın idi. Hazırda bu marşrutdan Rusiya tərəfi faktiki istifadə etmir. amma hadisə bu günlərdə baş verməyib, bu məsələ təxminən 1 aydır var”, - deyə diplomat qeyd edib.
Xatırladaq ki, aprelin 23-də Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Ankaranın Suriyaya gedən Rusiya hərbi və mülki təyyarələri üçün hava məkanını bağladığını açıqlayıb.

Oxşar xəbərlər