"Tezliklə bütün şəhəri ələ keçirəcəyik" - Kadırov
1-05-2022, 21:34
14 356

"Tezliklə bütün şəhəri ələ keçirəcəyik" - Kadırov

Çeçenistanın rəhbəri Ramzan Kadırov Milli Qvardiyanın Çeçenistan Respublikası üzrə rəis müavini Daniil Martınovun Popasna Radasının boş qalmış binasını əks etdirən video yayımlayıb.
Özünün "Telegram" kanalında paylaşdığı video ilə bərabər, Kadırov bu sözləri yazıb:
"Birinci May. Zəhmətkeşlərin günü. Popasna şəhərinin Radasının binası bundan sonra fəhlə sinfinin mənafeyinə xidmət edəcək. Bu qədər. Deputatlar daha Bandera xalqına xidmət etməyəcək... Tezliklə bütün şəhər azad olacaq. İnsanlar öz evlərinə qayıdıb adi işləri ilə məşğul ola biləcəklər".
Çeçenistan rəhbəri əlavə edib ki, "tezliklə təkcə Popasnaya deyil, Donbass respublikalarının bütün ərazisində dinc həyat gələcək".

Oxşar xəbərlər