Gerasimov Ukraynada yaralandı - 20 zabit öldü (YENİLƏNİB)
1-05-2022, 21:39
14 366

Gerasimov Ukraynada yaralandı - 20 zabit öldü (YENİLƏNİB)

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Ukrayna ərazisində, Xarkov vilayətinin İzyum şəhəri yaxınlığında yaralanıb.

Bu barədə hərbi jurnalist və bloger Aleksandr Şulman yazıb.
66 yaşlı Gerasimov sağ ayağının yuxarı üçdə bir hissəsində sümük sınığı olmayan qəlpə yarası alıb, həyati təhlükəsi yoxdur.

Ordu generalı Gerasimov və digər zabitlər Ukrayna Silahlı Qüvvələrinin dəqiq zərbə endirdiyi komanda məntəqəsində imişlər. İlkin məlumata görə, 20 zabit həlak olub.
xxx
16:16
Xarkov vilayətinin İzyum şəhərində Rusiya Federasiyasının Baş Qərargah rəisi Valeri Gerasimovun olduğu 2-ci ordunun qərargahı ərazisində güclü partlayış baş verib.
Xarici KİV xəbər verir ki, bu barədə Ukraynanın daxili işlər nazirinin müavini Anton Geraşenko məlumat verib.
“Ümid edirəm ki, o, yüzlərlə zabiti ilə birlikdə ölüb”, - deyə nazir müavini bildirib.
Geraşenkonun sözlərinə görə, Rusiyanın Baş Qərargah rəisi Slavyansk istiqamətindəki hücuma şəxsən rəhbərlik etmək üçün əraziyə gəlib.

Oxşar xəbərlər