Finlandiya Rusiya ilə sərhəddə hasar çəkəcək
1-05-2022, 21:46
14 406

Finlandiya Rusiya ilə sərhəddə hasar çəkəcək

Finlandiya hakimiyyəti Rusiya ilə sərhədin bəzi hissələrinə hasarlar çəkmək qərarına gəlib. 
Bu barədə "MTV3" telekanalında qeyd olunan məlumata görə, sərhədin uzunluğu 1,3 min kilometrdən artıqdır. Hazırda orada yalnız tikanlı məftil çəkilib. Mühafizəçilərin sözlərinə görə, belə hasar ev heyvanlarının sərhədi keçərək qaçmasının qarşısını alır. Yüksək riskli ərazilərdə yeni hasarların çəkilməsi nəzərdə tutulur.
"Bu, şərq sərhədində ya əsas ərazilərdə hasarların tikintisinə başlamaq, ya da onlarla sərhədin böyük bir hissəsini əhatə etmək üçün mühüm qərardır. Bu, bizim üçün böyük dəyişiklikdir, ona görə də daha yüksək səviyyədə qərar qəbul etməyi tələb edir", – Şimali Kareliya Sərhəd Mühafizəsinin komandanı Marko Turunen bildirib.
Finlandiyanın daxili işlər naziri Krista Mikkonen bildirib ki, bu cür maneələrin tikintisi ölkənin təhlükəsizliyini təmin etmək üçün keçirilən əməliyyat təlimlərinin bir hissəsidir.

Oxşar xəbərlər