Makron Ukrayna üçün təhlükəsizlik zəmanəti verməyə hazır olduğunu bildirdi
1-05-2022, 21:59
14 217

Makron Ukrayna üçün təhlükəsizlik zəmanəti verməyə hazır olduğunu bildirdi

Fransa prezidenti Emmanuel Makron Ukrayna prezidenti Volodimir Zelenski ilə söhbətində onlara təhlükəsizlik zəmanətlərini verməyə hazır olduğunu təsdiqləyib.
"Unikal" xəbər verir ki, bu barədə Fransanın Ukraynadakı səfirliyi məlumat verib. 
Bildirilir ki, bir gün əvvəl hər iki ölkə liderləri arasında telefon danışığı olub. Makron ikinci müddətində Ukraynanın suverenliyi və ərazi bütövlüyünün bərpası üçün fəal işləmək niyyətində olduğunu açıqlayıb.
O, həmçinin BMT baş katibinin və Bolqarıstanın baş nazirinin səfəri zamanı Rusiyanın Kiyevə zərbə endirməsi və Mariupoldakı dözülməz vəziyyətdən narahatlığını bildirib. Bundan əlavə, Rusiyanın Ukraynaya qarşı müharibəsinə son qoymalı olan danışıqlar müzakirə olunub.

Oxşar xəbərlər