Lavrovun bu sözlərindən sonra rusiyalı səfir İsrail XİN-ə çağrıldı
2-05-2022, 17:27
7 552

Lavrovun bu sözlərindən sonra rusiyalı səfir İsrail XİN-ə çağrıldı

Rusiya xarici işlər naziri Sergey Lavrovun “Hitler yəhudi idi” və “ən böyük antisemitistlər yəhudilər idi” açıqlamalarından sonra İsrail Rusiyanın Təl-Əvivdəki səfirini Xarici İşlər Nazirliyinə çağırıb.
İsrail Xarici İşlər Nazirliyindən verilən açıqlamada Rusiya naziri Lavrovun sözləri “fəlakətli” kimi qiymətləndirilib.
Bəyanatda bildirilib ki, Lavrovun açıqlamalarından sonra Rusiyanın Təl-Əvivdəki səfiri Anatoli Viktorov “bəyanat vermək üçün” Xarici İşlər Nazirliyinə çağırılıb.
Lavrovun sözlərini “bağışlanmayan, qalmaqallı bəyanat, dəhşətli tarixi səhv” kimi qiymətləndirən Lapid Rusiyadan üzrxahlıq gözlədiklərini bildirib.

Oxşar xəbərlər