Gürcüstanda koronavirusla bağlı statistikanın gündəlik dərci dayandırılıb
3-05-2022, 12:18
2 119

Gürcüstanda koronavirusla bağlı statistikanın gündəlik dərci dayandırılıb

Gürcüstanda koronavirusla bağlı rəsmi statistik məlumatlar gündəlik şəkildə artıq dərc olunmayacaq.

Bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildirilib.

Bundan sonra COVID-19 infeksiyasına yoluxma, sağalma və ölümlə bağlı göstəricilər çərşənbə axşamı olmaqla həftədə bir dəfə ümumiləşdirilərək açıqlanacaq.

Qeyd edək ki, hazırkı dövrədək Gürcüstanda koronavirusa 1 655 221 nəfər yoluxub. Onların 1 637 293-ü sağalıb, 16 811-i isə vəfat edib.

Oxşar xəbərlər