Ermənistanda etirazlar: Koçaryanın oğlu sərbəst buraxıldı (YENİLƏNİB-2)
3-05-2022, 14:13
7 911

Ermənistanda etirazlar: Koçaryanın oğlu sərbəst buraxıldı (YENİLƏNİB-2)

Ermənistanın paytaxtı İrəvanda Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə aksiya keçirən müxalifət tərəfdarları hökumət binasına çatıblar.
"RİA Novosti" xəbər verir ki, polis əməkdaşları hökumət binasını dövrələyib.
İrəvanın mərkəzində etiraz aksiyalarında saxlanılanların sayı 117-yə çatıb.
“Hayastan” fraksiyasının üzvü İşxan Saqatelyan yerli vaxtla 19:00-da “Fransa” meydanında mitinq keçiriləcəyini bəyan edib.
Ermənistanın ikinci prezidenti Robert Koçaryanın oğlu Levon Koçaryan isə artıq sərbəst buraxılıb.
***
11:14
“Müqavimət” hərəkatının iştirakçıları növbəti dəfə İrəvanın mərkəzində Baqramyan prospektini bağlayıb.
"Sputnik Armenia" xəbər verir ki, əraziyə gələn polis əməkdaşları etirazçıların bir qrupunu yoldan uzaqlaşdırıb, digərləri isə saxlanılıb.
Saxlanılanlar arasında Ermənistanın ikinci prezidenti Robert Koçaryanın oğlu Levon Koçaryan da var.
***
10:45
İrəvanın mərkəzində Ermənistanın Baş naziri Nikol Paşinyanın istefası tələbi ilə keçirilən etiraz aksiyasında təxminən 70 nəfər saxlanılıb.
"Sputnik Armenia" xəbər verir ki, bu barədə Ermənistan Polisinin mətbuat xidməti məlumat yayıb.
***
10:05
Ermənistanın paytaxtı İrəvan şəhərində Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyası davam edir.
TASS xəbər verir ki, hazırda etirazçılar İrəvanın mərkəzində bir sıra küçə və prospekti bağlayıb.

Oxşar xəbərlər