Müğənni canlı efirdə yerə yıxıldı - VİDEO
4-05-2022, 11:18
1 374

Müğənni canlı efirdə yerə yıxıldı - VİDEO

Amerikalı müğənni Keti Perri münsiflər heyətinin üzvü olduğu "American Idol" oyun şousunda bədbəxt hadisə ilə üzləşib. Verilişdə su pərisi kostyumu geyinən Keti Perri canlı yayımda geyimi ilə biabır olub və yerə yıxılıb.
"ABC"  kanalında yayımlanan yarışmada su pərisi libasında münsiflər kürsüsündə əyləşən 37 yaşlı müğənni ayaqlarını tərpətməkdə çətinlik çəkdiyi geyiminə görə çətin anlar yaşayıb.
Canlı yayım zamanı yerə yıxılan və yeriyə bilmədiyi üçün özbaşına ayağa qalxa bilməyən Perrinin köməyinə yarışın əvvəlində digər münsiflər gəlib.


Oxşar xəbərlər