Şimali Koreya Yapon dənizinə doğru ballistik raket atıb
4-05-2022, 12:02
1 454

Şimali Koreya Yapon dənizinə doğru ballistik raket atıb

Cənubi Koreyanın Baş Qərargahı KXDR-in Yapon dənizinə doğru ballistik raket atdığını təsdiqləyib.
Bu barədə “Yonhap” məlumat yayıb.
Cənubi Koreya Baş Qərargahı ballistik raketin saat 12.03-də Pxenyanın Sunan bölgəsindən buraxıldığını açıqlayıb. 
Yaponiya Müdafiə Nazirliyi isə raketin Yaponiyanın milli eksklüziv zonasından kənara düşdüyünü bildirib. Yaponiyanın baş naziri Kişida Fumio bölgədə gəmilərə və təyyarələrə mümkün zərərin aşkarlanması ilə bağlı araşdırmaların aparılmasına göstəriş verib.
Son sınaqla Şimali Koreya 2022-ci ilin əvvəlindən 14-cü dəfə raket sınaqdan keçirib.

Oxşar xəbərlər