Putinin müharibə elanını çəkən operator işdən çıxıb - SƏBƏB
4-05-2022, 12:06
1 292

Putinin müharibə elanını çəkən operator işdən çıxıb - SƏBƏB

Vladimir Putinin fevralın 24-də Ukraynaya hücum elanı etdiyi müraciəti prezidentin şəxsi operatorlarından biri İlya Filatov tərəfindən lentə alınıb. Bu çəkiliş operatorun Kremldəki son işi olub.
Bu barədə “Proekt” nəşrinə onun dostları məlumat verib və özü də təsdiqləyib.
“Peşədə zirvəyə çatdım. Üstəlik, aylarla karantində oturmaqdan bezmişəm”, - Filatov “Porekt”ə bildirib.
Operatorun dostları təsdiq edirlər ki, Putinin koronavirusa yoluxmaq qorxusu üzündən onun bütün ətrafı hələ də qapalı saxlanmağa məcbur edilir.
Filatovun həmkarının dediyi kimi, işdən çıxarılma müharibənin başlanması ilə o qədər qəribə şəkildə üst-üstə düşüb ki, Kremldə operatorun Ukrayna hadisələri ilə bağlı guya ehtiyatsızlıq etdiyi şayiələri yayılıb.
Filatovun özü bu şayiələri təkzib edib.

Oxşar xəbərlər