Ukrayna 4 yaşayış məntəqəsini azad edib
4-05-2022, 12:11
1 289

Ukrayna 4 yaşayış məntəqəsini azad edib

“Bizim mobil tank əleyhinə qruplarımızın səyləri nəticəsində Nikolayev rayonu və Xerson rayonunun inzibati sərhədinə yaxın 4 yaşayış məntəqəsinin ərazisinə nəzarət təmin edilib”.
Bu barədə Ukraynanın Cənub Əməliyyat Komandanlığının ölkənin cənubunda ötən günə olan əməliyyat vəziyyəti haqqında məlumatında bildirilib.
“Gün ərzində düşmənin ümumi itkiləri 47 raşist, 15 texnika vahidinə bərabər olub. Bunların arasına 2 pilotsuz kəşfiyyat təyyarələri, radar stansiyası və dizel generatoru, 2 zenit-raket sistemi və 8 nəqliyyat vasitəsi daxildir. Düşmənin döyüş sursatı və yanacaq-sürtkü materialları olan 7 koloniyası da məhv edilib”, - məlumatda bildirilib.

Oxşar xəbərlər